CƏMİYYƏT
4 Saylı DOST Mərkəzi ilə tanışlıq –Reportaj
14.04.2021 [17:46]
Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub. Vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır. Ölkə üzrə respondentlər arasında keçirilən bir neçə sorğunun nəticələri sosial mexanizmlərə və elektron xidmət elementlərinə insanların xüsusi maraq göstərdiyini də sübuta yetirir.