CƏMİYYƏT


Ağdamda yol polisi reyd keçirib

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə rayon ərazisində növbəti reydlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından düzgün istifadə etməyən sürücülər haqqında protokol tərtib olunub və ya xəbərdarlıq edilib. Rayonun müxtəlif ərazilərində "Təmiz hava" şüarı ilə keçirilən reyd zamanı yol polisi əməkdaşları tərəfindən sürücülərin diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidir.