Qubanın Digah kəndində yeni məktəb binası inşa olunur
13.05.2021 [11:45]
Xəbərin mətni
Quba rayonunun daha bir kəndində yeni məktəb binası inşa olunur. Digah kəndində tikilən 360 şagird yerlik, üçmərtəbəli məktəb binası növbəti tədris ilinə kimi istifadəyə veriləcək.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə aprel ayından başlanılıb. Hazırda binanın bünövrəsi və köməkçi tikililər inşa olunur.