ELM VƏ TƏHSİL


Bərdənin Qaradəmirçi kəndində inşa edilən yeni məktəb binasında son tamamlama işləri görülür

Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbi üçün inşa edilən 624 şagird yerlik yeni binada son tamamlama işləri aparılır.
Tikintidə sahə rəisi Həsənəli Əfəndiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məktəb binası Təhsil Nazirliyinin sifarişi ilə inşa edilib. Üç mərtəbədən ibarət məktəb binasının ümumi tikinti sahəsi 2700 kvadratmetrdir. Məktəbdə 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, əmək təlimi, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və havalandırma sistemləri ilə təmin edilib.