ELM VƏ TƏHSİL


Bu şəxslərin qəbul imtahanlarındakı iştirakı pulsuz olacaq

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı genişləndirilib.AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar mayın 26-da keçirilən mətbuat konfransında söyləyib.