CƏMİYYƏT


AZƏRTAC-ın şəhid müxbiri Məhərrəm İbrahimov son mənzilə yola salınıb

AZƏRTAC-ın ötən gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək şəhid olan müxbiri Məhərrəm İbrahimov iyunun 5-də son mənzilə yola salınıb.Vida mərasimində iştirak edən Prezidentin köməkçisi Hikmət Hacıyev şəhidin ailə üzvlərinə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın başsağlığını çatdırıb.Şəhid jurnalist Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarlarının yanında dəfn olunub.Dəfn mərasimində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri və yaxınları, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.