Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir infrastruktur, yeni sağlamlıq-istirahət mərkəzləri turistlərin Naftalana marağını daha da artıracaq

30.07.2021 [13:56]

Xəbərin mətni

Regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası çərçivəsində aparılan quruculuq və abadlıq işləri sayəsində Naftalan şəhəri bu gün turizm sektorunda ön sıralara yüksəlib. Şəhər həm müalicəvi nefti ilə xəstələrin müalicəsində daha effektiv nəticələr əldə olunmasına, həm də son illər burada yaradılan müasir turizm infrastrukturuna görə yerli əhali və ölkəmizin qonaqları üçün cəlbedici kurort mərkəzinə çevrilib.