İlqar Rəhimov: Azərbaycan Tokio Paralimpiya Oyunlarında böyük uğurla təmsil olunur
29.08.2021 [11:55]
Xəbərin mətni
Azərbaycan Tokio Paralimpiya Oyunlarında böyük uğurla təmsil olunur. Bu münasibətlə mən bütün Azərbaycan xalqını təbrik edirəm.Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Tokio Paralimpiya Oyunlarının dördüncü günündə idmançılarımızın parlaq qələbələrini şərh edərkən bildirib.