SİYASƏT


AŞPA-nın mənzil-qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş sərgi açılıb

Dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar Strasburqda Avropa Şurasının mənzil-qərargahında sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi ili” çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib.