SİYASƏT


Milli Məclisin sədri: Türkdilli xalqların birlik nümayiş etdirməsi və birgə hərəkət etməsi zamanın tələbidir

Sentyabrın 28-də TÜRKPA-nın 10-cu plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın əvvəlində TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin açılış nitqi söyləyib.
O, TÜRKPA-nın fəaliyyəti haqqında fikirlərini bölüşəndən sonra sentyabrın 27-də Azərbaycanda Anım Gününün qeyd edildiyini bildirib, Vətən müharibəsində qazanılmış Zəfər münasibətilə Azərbaycan xalqını, ölkə rəhbərliyini təbrik edib. Nurlan Niqmatulinin təklifi ilə tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.