SİYASƏT


Azərbaycanın Fransadakı səfiri “Sciences Po Paris” universitetinin tələbələri ilə görüşüb

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin bu ölkənin ən nüfuzlu ali təhsil ocağı olan “Sciences Po Paris ” universitetinin tələbələri ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə səfir tələbələrə Azərbaycanın tarixi, xarici siyasəti və 44 günlük müharibədən sonrakı vəziyyət haqqında məlumat verib.
Ölkəmizin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğu diqqətə çatdırılıb.