Avropa Xəbər Agentlikləri Alyansının yeni prezidenti seçilib
09.10.2021 [09:33]
Xəbərin mətni
Oktyabrın 8-də Vyanada Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası keçirilib.AZƏRTAC xəbər verir ki, assambleyada Avstriyanın APA agentliyinin icraçı direktoru Klemens Piq EANA-nın yeni prezidenti seçilib. O, növbəti iki ildə bu nüfuzlu media təşkilatına rəhbərlik edəcək. Klemens Piqin namizədliyini dəstəkləyənlərdən biri də AZƏRTAC olub.