SİYASƏT


Milli Məclisin sədri: Tarix boyu Azərbaycanda qadınlar xüsusi diqqət və qayğı ilə əhatə olunublar

Oktyabrın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində Üçüncü Avrasiya Qadın Forumunun plenar iclası keçirilib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova forumda müzakirəyə təqdim olunan mövzuların qadınların müasir dünya proseslərində rolu ilə bağlı geniş fikir mübadiləsi aparmağa imkan verdiyini söyləyib. Qeyd edib ki, qadınların bərabərliyi, ədaləti və tərəqqini təşviq etmək səyləri öz bəhrəsini verir və bu gün dünyanın bir çox ölkələrində qadınlar gələcəyə daha böyük inamla baxırlar.