Budapeştdə Türk Şurasının beynəlxalq konfransı başa çatıb
16.10.2021 [14:37]
Xəbərin mətni
Budapeştdəki Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunda (IFAT) “Türk dövlətləri - müstəqilliyin və əməkdaşlığın 30-cu ildönümü: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda beynəlxalq konfrans başa çatıb. Konfrans Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - Türk Şurası tərəfindən təşkil edilmişdi.