SİYASƏT


Romadakı həmvətənlərimiz şəhərin əsas meydanlarından olan “Piazza del Popolo”da dinc aksiya keçiriblər

Vətən müharibəsinin ildönümü ərəfəsində Azərbaycan-İtaliya Birliyinin təşkilatçılığı ilə oktyabrın 17-də İtaliyanın paytaxtı Romanın əsas meydanlarından olan “Piazza del Popolo”da dinc aksiya keçirilib.AZƏRTAC xəbər verir ki, İtaliyadakı Azərbaycan icmasının nümayəndələri və Romada təhsil alan tələbələr aksiyada ötən il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin mərkəzi hissələrini raket atəşinə tutmasına, bu xain hücum nəticəsində ölənlər və xəsarət alanlara dair məlumatların, eləcə də Azərbaycan həqiqətlərinin və “Qarabağ Azərbaycandır!” şüarının əks olunduğu plakatlar nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır