Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümü Qazaxıstanda da qeyd olunub
20.10.2021 [10:20]
Xəbərin mətni
Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, yerli ictimaiyyətin tanınmış nümayəndələri, gənclər və KİV nümayəndələri iştirak ediblər.