Əsəd Qeysər: Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi Pakistanda da coşqu ilə qeyd olundu
20.10.2021 [15:04]
Xəbərin mətni
Azərbaycanın Pakistandakı səfirliyi ölkəmizin müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər, deputatlar, ölkənin nüfuzlu ictimai-siyasi xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, xarici ölkələrin səfirləri, digər diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.