Hikmət Hacıyev: 44 günlük Vətən müharibəsi zamanı iki qardaş ölkə mediası Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdılar
22.10.2021 [16:46]
Azərbaycan ilə qardaş Türkiyə arasında yaradılan mediaplatforma çərçivəsində iki qardaş ölkə mediası çiyin-çiyinə verərək 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdılar. Məqsədimiz bu mediaolatformanı Türk Şurasına üzv ölkələr arasında genişləndirmək, eləcə də media mənsublarımızın birbaşa təmaslar qurmasına töhfə verməkdir. Bunun film, serial da daxil olmaqla bütün sahələri əhatə etməsini hədəfləyirik.
Bu fikirləri Türk Şurasının mediaforumu çərçivəsində mediaya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.