SİYASƏT


İtaliya Senatında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə ilə bağlı mətbuat konfransı keçirilib

İtaliya Senatının “Sala Caduti di Nassirya” mətbuat konfransı zalında “Azərbaycan Respublikası müstəqilliyin bərpasından 30 il sonra” adlı mətbuat konfransı keçirilib.AZƏRTAC xəbər verir ki, mətbuat konfransında İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri senator Vito Petroçelli, İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi, İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi, həmin assosiasiyanın sədr-müavini senator Maria Rizzotti çıxış ediblər. İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri də tədbirə videobağlantı ilə qoşularaq fikirlərini bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır