SİYASƏT


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mediaforumu davam edir

Oktyabrın 22-də İstanbulda işə başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu davam edir.AZƏRTAC xəbər verir ki, tədbirin ikinci günündə "Türk dünyasının gələcəyi: Yeni Uluğ bəyləri, Əlişir Nəvailəri, Əhməd Yaseviləri", "Türk dünyası olaraq gələcəyi qurmaq" və "Birlikdən doğan Zəfər: Qarabağ" mövzularında panellər keçiriləcək."Birlikdən doğan Zəfər: Qarabağ" panelində Qarabağ Zəfəri ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilə Türkiyə arasındakı güclü həmrəyliyin bütün türk dünyası məkanında nümayiş olunmasının vacibliyi, bütün sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq birgə addımlar müzakirə mövzusu olacaq.