VIII Bakı Qlobal Forumu çərçivəsində "Şərq Tərəfdaşlığı proqramı: potensialı nədir?" mövzusunda müzakirələr aparılıb
06.11.2021 [17:58]
Xəbərin mətni
Noyabrın 6-da VIII Bakı Qlobal Forumu çərçivəsində "Şərq Tərəfdaşlığı proqramı: potensialı nədir?” mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçən panel iclasda çıxış edən Rumıniyanın Baş nazirinin sabiq müavini Ana Birçal deyib ki, “Şərq Tərəfdaşlığı” sağlam münasibətlərə söykənir. COVID-19 və digər problemlərin həllində də bu istiqamət əsas götürülməlidir. “Şərq Tərəfdaşlığı” ölkələri arasında daim sülh və əməkdaşlıq əlaqələri olmalıdır.