Qlobal Bakı Forumu çərçivəsində doqquzuncu panel iclası keçirilir
06.11.2021 [18:25]
Xəbərin mətni
Noyabrın 6-da VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qərbi Balkanların qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda doqquzuncu panel iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Zlatko Laqumciyanın moderatorluğu ilə keçən iclasda Qərbi Balkan ölkələrində gedən siyasi proseslər, region ölkələrini gözləyən imkanlar və təhdidlər müzakirə edilir.