Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabirabadda fləşmob keçirilib

08.11.2021 [10:14]

Xəbərin mətni

Sabirabad da Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində 700-dən çox şagirdin iştirakı ilə Zəfər Gününə həsr olunan maraqlı fləşmob keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayon Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbdə Zəfər Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə məktəbin kollektivi, Vətən müharibəsinin qaziləri və veteranlar, şəhid ailələri iştirak ediblər.