SİYASƏT


Zəfər günü ilə əlaqədar tanınmış simaların bayram müraciətləri

"İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə bu İctimai Birlik 8 noyabr Zəfər günü ilə əlaqədar tanınmış simaların bayram müraciətləri əsasında xüsusi video təbrik hazırlayıb. Müraciətlərində "İMZA"- çılar adından İB-nin sədri Xəyyam Əsgərov, o cümlədən dünyanın müxtəlif ölkələrindən tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, millət vəkilləri, ziyalılar ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və qalib Azərbaycan xalqına qələbə münasibətilə öz təbriklərini, xoş arzularını çatdırırlar.