Prezident Rəcəb Tayyib Ərdoğan: Türkiyə bütün platformalarda Azərbaycanın yanında olmaqda davam edəcək
09.11.2021 [20:14]
Xəbərin mətni
Bu gün Azərbaycanın Qarabağı və işğal altındakı ərazilərini 44 günlük şanlı bir savaş nəticəsində azad etməsinin birinci ildönümüdür. Beynəlxalq ictimaiyyətin gözü qarşısında təxminən otuz illik işğala son qoyan qardaşım, Prezident İlham Əliyev başda olmaqla azərbaycanlı qardaşlarımı bir daha təbrik edirəm. Qarabağ və Azərbaycanın digər ərazilərinin haqsız, hüquqsuz və əxlaqsız işğalı qarşısında 30 il boyunca susanlar bölgədə tökülən qanların və faciələrin məsuliyyətini daşıyırlar.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə ənənəvi müraciətində ifadə edib.