MƏDƏNİYYƏT


Cenevrədə təşkil edilən payız yarmarkasında Azərbaycanın milli rəqsləri nümayiş olunub

Hər ilin noyabr ayında olduğu kimi, bu il də İsveçrənin Cenevrə şəhərindəki “Palexpo” sərgi mərkəzində ongünlük “Les Automnales” payız yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, hər il yüz mindən çox insanın ziyarət etdiyi (2021-ci ildə ziyarətçi sayı 133 min 900-dən yuxarı olub) yarmarka çərçivəsində 600-dən çox müxtəlif sərgi və animasiya, tədbir təşkil olunur.