MƏDƏNİYYƏT


Xalq rəssamı Arif Hüseynovun “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi açılıb

Noyabrın 24-də Xətai Sənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmiş “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq təşkil olunan sərgidə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Mədəniyyət Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.