MƏDƏNİYYƏT


Azərbaycan seriallarının bugünkü vəziyyəti

Tamaşaçılarımızın hazırda Azərbaycanda çəkilən seriallara marağının artmasına rəğmən, hələ də kəmiyyət və keyfiyyətdə problemlər özünü göstərməkdədir. AZƏRTAC bu mövzunu seriallarımızın yaradıcı heyəti ilə müzakirə edib. Rejissor Şahin Qəhrəmanın sözlərinə görə, çəkilən seriallara ayrılan maliyyə resursları kifayət qədər olmadığına görə inkişaf ləng gedir. Ssenarist Elçin Muradov isə qeyd edib ki, serial sifarişçiləri əsasən məişət mövzuları istəyir, tamaşaçı isə bu mövzularla artıq kifayətlənmir. Ümumilikdə isə yaradıcıların fikrincə daha çox özəl şirkətlər seriallara sponsor olarsa və büdcə normal olarsa problemlər həllini tapar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır