Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Junior Eurovision 2021” mahnı müsabiqəsində ölkəmizi Sona Əzizova təmsil edəcək

03.12.2021 [10:58]

Xəbərin mətni

Dekabrın 19-da Parisdə keçiriləcək “Junior Eurovision 2021” mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək.AZƏRTAC xəbər verir ki, bu Azərbaycanın “Junior Eurovison” mahnı müsabiqəsində 4-cü iştirakı olacaq. Ölkəmiz 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edib və həmin ildən də “Junior Eurovision” müsabiqəsinə qatılıb. Azərbaycan Amsterdam (2012), Kiyev (2013) və Minsk (2018) “Junior Eurovision” mahnı müsabiqələrində iştirak edib və 2013-cü ildə 7-ci yerdə qərarlaşıb.