MƏDƏNİYYƏT


Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı ilə bağlı beynəlxalq konfrans keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddə keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı türk dünyası poeziyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsidir” adlı beynəlxalq konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, konfransda universitetin professor-müəllim heyəti, tələbələr, elm və mədəniyyət xadimləri iştirak ediblər.