Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun plenar iclası keçirilib
07.12.2021 [11:37]
Xəbərin mətni
Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin sədrlik etdiyi QH-nin plenar iclasında qurumun Baş Konfransının prezidenti Santiaqo İrazabal Mourao, UNESCO-nun qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiyasının katibi Tim Kurtis, Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrin səfirləri iştirak ediblər.