MƏDƏNİYYƏT


Moskvada azərbaycanlı rəssam Nigar Süleymanın fərdi sərgisi açılıb

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam Nigar Süleymanın “İllüziya” adlı fərdi sərgisi açılıb.AZƏRTAC xəbər verir ki, Nigar Süleyman əsərlərini yağlı boya ilə geometrik abstraksiya və simvolizm üslubunda yaradır. Onun əsərləri Moskvanın “Qostinıy Dvor” Sərgi Kompleksindəki “Art Russia 2020” müasir incəsənət yarmarkasında və “Golden Talent” onlayn -platformasında təqdim olunub, əl işlərinin bəziləri Rusiya və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır. Rəssam əsərlərini həndəsi abstraksiya və simvolizm üslubunda yerinə yetirir. Tablolar sənətkarın emosiyalarını və daxili duyğularını əks etdirir.