ELM VƏ TƏHSİL


Sabirabadda şəhid və qazilərimizin tanıdılması məqsədilə “Vikipediya klubu” yaradılıb

Sabirabadda Vətən müharibəsi şəhidlərinin tanıdılması və onlar haqqında məlumatların paylaşılmasında məktəbli şagirdlərin də əhəmiyyətli rolu var. Həmin şagirdlər “Şəhid və qazilərimizin tanıdılması məqsədi ilə “Vikipediya klubu”nun yaradılması” layihəsi üzrə təlimlərdə iştirak edərək, 18 şəhid haqqında araşdırma aparıb və dolğun məlumatlarla “Vikipediya klubu”nda şəhidlərimiz haqqında ətraflı məlumatlar bölüşüblər.