MƏDƏNİYYƏT


Anar Kərimov: Monitorinqlərin nəticələri göstərir ki, azad edilmiş ərazilərimizdəki tarixi-mədəni abidələrimizin 95 faizi dağıdılıb

İşğaldan azad olunan ərazilərimizdə ötən ilin noyabr ayından etibarən tərəfimizdən 400-dən çox tarixi-mədəni abidə aşkar edilib. Onlardan 150-i reyestrdə olmayan, yeni aşkar edilmiş abidələrdir. Eyni zamanda, monitorinqlər zamanı 800-dən çox musiqi məktəbi, teatr, kitabxana və digər mədəniyyət müəssisələrinin qalıqları aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov jurnalistlərə verdiyi açıqlamada deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır