Kristina Dobrovolseva: “İşimi, dostlarımı itiridim, cəmiyyət üçün yararsız insana çevrildim”
13.12.2021 [14:41]
Narkomaniya müasir dünyamızın ən ciddi problemlərindən birinə çevrilib. Azərbaycan da bu qlobal faciədən kənar deyil. Puç olan insan taleləri, dağılan ailələr, faciə və göz yaşları. Narkotika aludəçilərinin söhbətləri, etirafları acı həyat hekayələri təsiri bağışlayır. Onların əksəriyyəti peşimançılıq hissləri keçirir. Amma atalar demişkən, sonrakı peşmançılıq fayda verməz. Düşünün, sonu uçurum, yaxud həbsxana olan bu yoldan çəkinin. Çəkinin və çəkindirin.AZƏRTAC narkomaniya ilə mübarizəyə dəstək olaraq “Həyat hekayələri” layihəsinə start verir. Zənnimizcə, narkomaniya qurbanlarının öz dilindən eşidilən həyat hekayələri güclü çəkindirici vasitə və ibrət dərsidir.Yaradıcı qrupumuz bu silsilədən ilk çəkilişi Ədliyyə Nazirliyinin 4 saylı Cəzaçəkmə müəssisəsində aparıb. 18 yaşından narkotik aludəçisi olan məhkum Kristina Dobrovolseva başına gələnlərdən danışaraq deyir: işimi, dostlarımıı itirdim, onda başa düşürdüm ki, bu cəmiyyət üçün artıq yararsız insanam, sonu da həbsxana…