MƏDƏNİYYƏT


Siyəzəndə Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd edilib

Dekabrın 14-də Siyəzəndə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Mədəniyyət Mərkəzində təşkil olunan “Dədə Ələsgər ocağı” adlı tədbirdə Aşıq Ələsgərin uca zirvələri fəth edən sənətkar olmasından, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edərək ədəbiyyatımızda böyük iz qoymasından danışılıb.