Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixçi: XII-XIII əsr Gəncə mühiti Nizami Gəncəvi kimi dahinin yetişməsinə təsirsiz ötüşə bilməzdi

15.12.2021 [15:24]

Xəbərin mətni

XII-XIII əsrdə Gəncənin ictimai-siyasi və elmi mühiti Nizami Gəncəvi kimi bir dahinin yetişməsində sözsüz ki, təsirsiz ötüşə bilməzdi. Dövrün ziyalı alimləri, görkəmli mütəfəkkirləri, şairləri, elm ocaqları, həmçinin Gəncənin yerləşdiyi coğrafiya orta əsr dövrünün ictimai-siyasi hadisələrinin mərkəzi olub.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Nizami yurdunun XII-XIII əsrə aid dövrü, eləcə də tarixi Gəncə xarabalıqları barədə danışarkən tarixçi Bəxtiyar Məhərrəmov söyləyib.