Azərbaycan Dövlət İnformasiya Agentliyi

Latviyada Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tədbir təşkil edilib

17.12.2021 [17:02]

Xəbərin mətni

Riqada yerləşən Latviya Milli Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə şairin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi təşkil olunub.AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycanın Latviyadakı səfirliyinin UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Latviya Milli Kitabxanası ilə birgə əməkdaşlığı çərçivəsində açılıb. Sərgidə dünyanın müxtəlif muzeylərində saxlanılan əlyazma kitablardan ümumilikdə 24 miniatür nümayiş etdirilib.