ELM VƏ TƏHSİL


Azərbaycanın Macarıstandakı səfirliyində təcrübə keçmiş ADA Universitetinin tələbələrinə sertifikatlar verilib

Dekabrın 17-də Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində təcrübə keçmiş ADA Universitetinin 7 tələbəsi sertifikatlarla təltif olunub.AZƏRTAC xəbər verir ki, sertifikatları tələbələrə təqdim edən səfir Tahir Tağızadə təcrübə müddətində göstərdikləri uğurlu nəticələrə görə onlara öz təşəkkürünü bildirib, sonrakı təhsil və peşəkar fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.