MƏDƏNİYYƏT


Vyanada ”Nizami Gəncəvi” art-albomunun və sərgisinin təqdimatı olub

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ingilis dilində çapdan çıxardığı “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) kitab-albomun təqdimatı, sərginin açılışı və muğam konserti keçirilib.AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri Leyla Qasımova qonaqlara başa vurmaqda olduğumuz ildə Azərbaycan və dünyanın bir çox ölkələrində dahi şairin yubileyinə həsr olunmuş tədbirlərin keçirildiyini diqqətə çatdırıb.