“Qarabağ” Muğam Qrupu Stokholmda geniş konsert proqramı ilə çıxış edib
18.12.2021 [13:44]
Xəbərin mətni
İsveçin paytaxtı Stokholmda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizin Krallıqdakı səfirliyinin təşkilatçılığı və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə muğam konserti keçirilib.AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, konsertdə Azərbaycanın Xalq artisti professor Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” Muğam Qrupu çıxış edib.