MƏDƏNİYYƏT


Parisdə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş ədəbi gecə keçirilib

Parisdə Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin təşkilatçılığı ilə Azərbaycanın böyük şairi və filosofu Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş musiqili ədəbi gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Rəhman Mustafayev, Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner, eləcə də Fransada akkreditə olmuş diplomatlar, Nizamişünas tədqiqatçılar, naşirlər, jurnalistlər, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.