MƏDƏNİYYƏT


“Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başa çatıb

Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə ölkəmizi “One of those days” (“O günlərdən biri”) mahnısı ilə təmsil edən Sona Əzizova 151 xalla beşinci yeri tutub. Azərbaycana ən yüksək 12 xalı İtaliya və Ukrayna verib.