MƏDƏNİYYƏT


Azərbaycan Çində keçirilən ənənəvi xeyriyyə yarmarkasında təmsil olunur

Azərbaycan Çində keçirilən ənənəvi “Sevgi sərhəd tanımır” adlı xeyriyyə yarmarkasında növbəti dəfə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, xarici işlər naziri Van İnin xanımı Çian Veyin təşəbbüsü ilə keçirilən beynəlxalq xeyriyyə yarmarkasının açılış mərasimində çıxış edənlər 2009-cu ildən etibarən hər il təşkil olunan beynəlxalq xeyriyyə yarmarkasının əsas məqsədinin Çinin yoxsulluqla mübarizəsinə töhfə vermək olduğunu qeyd edib.