MƏDƏNİYYƏT


Yevlaxda konsert və möhtəşəm atəşfəşanlıq

Yevlaxda yeni salınan əyləncə parkında Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı keçirilib. Tədbirdə son illərdə Yevlax şəhərində aparılan geniş abadlıq və quruculuq işləri haqqında məlumat verilib. Bildirilib ki, şəhərin mərkəzində “Dədə Qorqud” parkı yenidən qurulub, ərazisi 1,95 hektara çatdırılıb və Dədə Qorqudun heykəli quraşdırılıb. Şəhərdə bir sıra çoxmənzilli yaşayış binaları təmir edilib, həyətlərində abadlıq işləri görülüb.