Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə şəhid jurnalist Məhərrəm İbrahimovun və videooperator Sirac Abışovun adına xüsusi mükafat təsis olunub

23.12.2021 [14:32]

Xəbərin mətni

Ankarada Türkiyə Xəbər Video-operatorları Cəmiyyətinin təşkil etdiyi “Zoom” (Zum) 25-ci beynəlxalq xəbər videosu müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə cari il iyunun 4-də Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun adlarına təsis edilən xüsusi mükafat da təqdim edilib.