CƏMİYYƏT


Aynurə Qasımova: “Ən böyük cəzam uşaqlarımın həbsxana qapısına gəlməsidir”

“Həyat hekayələri” layihəsinin bu dəfəki müsahibi Aynurə Qasımovadır. O, narkotik istifadəsinə və satışına görə məhkum olduğunu deyir. Qeyd edir ki, ona ilk dəfə narkotik vasitəni gözəllik salonunda arıqlamaq üçün dərman kimi veriblər. Daha sonra o narkotik aludəçisinə çevrilib. Onun sözlərinə görə, törətdiyi cinayətə görə, 6 il həbs cəzası alıb. Narkomaniyanın qurbanına çevirilən həmsöhbətimiz törətdiyi əmələ görə, hər şeyini itirdiyini bildirir. Gənclərin bu bəladan uzaq durmasını tövsiyə edir.