Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət başçısına məhəbbətin poetik ifadəsi

24.12.2021 [10:28]

Xəbərin mətni

Şair-jurnalist Qurban Təbiətoğlu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əlamətdar yubileyinə “Mübarəkdir ömrünün 60-cı baharı!” adlı şeir həsr edib.
On bənddən ibarət şeirdə Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyəti, Ali Baş Komandan kimi onun rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın əldə etdiyi möhtəşəm Zəfərin doğurduğu duyğular öz əksini tapıb.