Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyin qərargahı istifadəyə verilib

24.12.2021 [22:06]

Xəbərin mətni

Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahı Ağdam rayonunda yerləşir və ən son “ağıllı” texnologiyalar əsasında tikilib.
Xüsusi Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumilikdə 1 hektar sahəni əhatə edən müvəqqəti qərargahın ərazisi “Camp” və “İnzibati ərazi” olaraq ikiyə ayrılıb və inşası əsasən yaşayış, iaşə, inzibati, sağlamlıq, “smart camp” idarəetmə sistemi, alternativ enerji sahələri kimi 6 komponent üzrə icra edilib.