Nizami Gəncəvinin “Xəmsə”si və tarix
25.12.2021 [14:29]
Xəbərin mətni
Nizami Gəncəvinin əsərləri dərin fəlsəfi məna daşımaqla yanaşı, tarixi hadisələrin və dövrlərin araşdırılması üçün olduqca qiymətli mənbələrdir. Onun “Xəmsə”si Azərbaycan xalqının etnoqrafiyası, adət-ənənələri üzərində yazılmışdır. Nizami nəinki öz dövründə baş verən hadisələr, həm də ondan əvvəl baş verən hadisələrə öz dəst-xəti ilə sanki ekskursiya edir, nəzər salır. Nizami Gəncəvi yaradıcılığı müəyyən mənada tarixi mənbə rolunu da oynaya bilər.Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Nizami Gəncəvinin əsərlərində tarixi motivlərdən danışarkən tarixçi Bəxtiyar Məhərrəmov söyləyib.